Beynəlxalq turnirlərdə medal qazanmış Azərbaycan velosipedçiləri mükafatlandırılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
may
2025
18:00

Beynəlxalq turnirlərdə medal qazanmış Azərbaycan velosipedçiləri mükafatlandırılıb

21 may, 2025
18:00
762

Beynəlxalq turnirlərdə medal qazanmış Azərbaycan velosipedçiləri mükafatlandırılıb

Özbəkistanda və Qazaxıstanda təşkil olunan beynəlxalq turnirlərdə medal qazanmış Azərbaycan velosipedçiləri mükafatlandırılıb.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) məlumat verilib.

AVİF-də baş tutan tədbiri giriş sözü ilə açan qurumun I vitse-prezidenti Sahib Ələkbərov beynəlxalq turnirlərdə medal qazanmış idmançıları təbrik edib və bu uğurların davamlı olmasını diləyib.

S.Ələkbərov bildirib ki, yarışlarda yüksək nəticə göstərmiş idmançıların mükafatlandırılması ilə bağlı federasiya prezidenti Zaur Axundov tərəfindən qərar qəbul olunub. O, Özbəkistanda 1 gümüş və 1 bürünc medal əldə etmiş Artyom Proskuryakova, Özbəkistan və Qazaxıstanda 2 bürünc medal qazanmış Viktoriya Sidorenkoya və Qazaxıstanda bürünc medal əldə etmiş Məryəm Hüseynovaya mükafatları təqdim edib.

Bizimlə əlaqə saxlayın