
Beynəlxalq turnirlərdə medal qazanmış Azərbaycanlı velosipedçilər mükafatlandırılıb

Beynəlxalq turnirlərdə medal qazanmış Azərbaycanlı velosipedçilər mükafatlandırılıb
Özbəkistanda və Qazaxıstanda təşkil olunan beynəlxalq turnirlərdə medal qazanmış Azərbaycan velosipedçiləri mükafatlandırılıb.
Bu barədə "Sizinxeber.az"a Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) məlumat verilib.
AVİF-də baş tutan tədbiri giriş sözü ilə açan federasiyanın 1-ci vitse-prezidenti Sahib Ələkbərov beynəlxalq turnirlərdə medal qazanmış idmançıları təbrik edib və bu uğurların davamlı olmasını diləyib.
Özbəkistanda 1 gümüş və 1 bürünc medal əldə etmiş Artyom Proskuryakova, Özbəkistan və Qazaxıstanda 2 bürünc medal qazanmış Viktoriya Sidorenkoya və Qazaxıstanda bürünc medal əldə etmiş Məryəm Hüseynovaya mükafatlar federasiya prezidenti Zaur Axundov tərəfindən təqdim olunub.