Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
may
2025
16:30

Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb

17 may, 2025
16:30
781

Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb

Azərbaycanın yeniyetmələrdən ibarət bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bolqarıstanın Burqas şəhərində keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.

"Report"un məlumatına görə, heyətində Nəzrin Abdullayeva, Ayan Nəsirova, Nəzrin Salmanlı, Mədinə Abbaslı, Şəms Muvəffəqi və Nilufər Oruclunun çıxış etdiyi kollektiv çoxnövçülükdə üçüncü olub.

Gimnastlar beş halqa və beş cüt gürzlə yarışlarda iki finala vəsiqə qazanıblar.

Qeyd edək ki, ötən gün Azərbaycanın əsas millisi 3 top və 2 halqa ilə hərəkətlərdə gümüş medal əldə edib.

Bizimlə əlaqə saxlayın