MOK-un Ədalətli Oyunlar Komissiyasının ilin yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi keçirilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
may
2025
13:00

MOK-un Ədalətli Oyunlar Komissiyasının ilin yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi keçirilib

12 may, 2025
13:00
819

MOK-un Ədalətli Oyunlar Komissiyasının ilin yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi keçirilib

Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının 2024-cü ilin yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi keçirilib.

"Report"un məlumatına görə, MOK-un inzibati binasında təşkil olunan tədbirə qurumun vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, Fərid Mansurov, baş katibi Azər Əliyev və digər üzvləri, həmçinin Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev və idman federasiyalarının nümayəndələri qatılıblar.

Çingiz Hüseynov ilə Xəzər İsayevin çıxış etdikdən sonra idmançıların uğurları ilə bağlı statistik məlumatlar ictimaiyyətə videorolik vasitəsilə çatdırılıb.

Ardından mükafatlandırma mərasimi keçirilib.

Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi nominasiyasında Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, ədalətli oyun prinsiplərinə sadiq idmançı nominasiyasında Qaşım Maqomedov (taekvondo), ədalətli oyun prinsiplərinə sadiq məşqçi nominasiyasında Tərlan Həsənov (cüdo), ədalətli oyun prinsiplərinə sadiq hakim nominasiyasında Emil Qurbanəliyev (boks) və ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı nominasiyasında "İctimai TV"yə mükafat təqdim olunub.

Foto: Məhəmməd Ağayev

Bizimlə əlaqə saxlayın