Avropa Kubokunda çempion olan Azərbaycan cüdoçusu: "Yarışda zəif rəqib yox idi" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
may
2025
11:00

Avropa Kubokunda çempion olan Azərbaycan cüdoçusu: "Yarışda zəif rəqib yox idi"

12 may, 2025
11:00
675

Avropa Kubokunda çempion olan Azərbaycan cüdoçusu: "Yarışda zəif rəqib yox idi"

Gürcüstanın Qori şəhərində keçirilən Avropa Kubokunda qızıl medal qazanan Azərbaycan cüdoçusu Nazir Talıbov (60 kq) yarışda zəif rəqib olmadığını bildirib.

24 yaşlı idmançı bu barədə "Report"a açıqlama verib.

O, turnirlə bağlı təəssüratlarını bölüşüb:

"Görüşlərin hamısı yetərincə gərgin keçdi. Burada zəif rəqiblə qarşılaşmadım. Demək olar ki, hamısı güclü cüdoçular idi. Buna baxmayaraq, bütün görüşlərdə qələbə qazanaraq çempion oldum və Azərbaycan Himnini səsləndirdim".

N.Talıbov qarşıdakı hədəflərindən də söz açıb:

"Növbəti turnirlərə də yaxşı hazırlaşacağam. Bundan sonra məqsədim daha böyük yarışlarda uğurlar qazanmaqdır. Beynəlxalq arenalarda himnimizi daim səsləndirmək istəyirəm".

Qeyd edək ki, Azərbaycan cüdoçuları Avropa Kubokunu 4 medalla başa vurublar. Nazir Talıbov (66 kq) qızıl, Babarəhim Mirzəyev (60 kq) və Məhərrəm İmamverdiyev (81 kq) gümüş, Nəriman Mirzəyev (73 kq) isə bürünc mükafat qazanıb.

Bizimlə əlaqə saxlayın