Parakamandan oxatma üzrə Azərbaycan yığması Qaxda toplanışa başlayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
may
2025
16:30

Parakamandan oxatma üzrə Azərbaycan yığması Qaxda toplanışa başlayıb

07 may, 2025
16:30
787

Parakamandan oxatma üzrə Azərbaycan yığması Qaxda toplanışa başlayıb

Parakamandan oxatma üzrə Azərbaycan yığması Qax Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb.

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mayın 20-dək davam edəcək hazırılıq prosesində 7 idmançı iştirak edir.

Baş məşqçi İlqar Abbasovun rəhbərlik etdiyi toplanışa kişi paralimpiyaçılarımızdan Əli Nəbiyev, Şahin Cabbarov, Ceyhun Nəbiyev, İsmayıl Allahverdiyev və Qalib Əliyev, qadınlardan isə Rəqsanə Hümbətzadə ilə Azadə Abdullayeva cəlb ediliblər.

Toplanış mayın 24-dən iyunun 1-dək İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa Kubokuna hazırlıq xarakteri daşıyır.

Bizimlə əlaqə saxlayın