Ayan Xankişiyeva təhlükəsiz idman üzrə sertifikat əldə edən ilk azərbaycanlı məşqçi olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
may
2025
14:00

Ayan Xankişiyeva təhlükəsiz idman üzrə sertifikat əldə edən ilk azərbaycanlı məşqçi olub

07 may, 2025
14:00
861

Ayan Xankişiyeva təhlükəsiz idman üzrə sertifikat əldə edən ilk azərbaycanlı məşqçi olub

Ayan Xankişiyeva Məşqçiliyin Təkmilləşdirilməsi üzrə Beynəlxalq Sertifikasiya Proqramı (ICECP) çərçıvəsində təhlükəsiz idman (Safe Sport) üzrə sertifikat əldə edən ilk azərbaycanlı məşqçi olub.

"Report" xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis Olimpiya Həmrəyliyi Fondunun maliyyələşdirdiyi, MOK-un vasitəçiliyi ilə ABŞ Olimpiya və Paralimpiya Komitəsi tərəfindən həyata keçirilən ICECP-i uğurla tamamlayıb.

A.Xankişiyeva 2024-cü ildən etibarən ABŞ-nin müxtəlif ştatlarında və İsveçrənin Lozanna şəhərində keçirilən beynəlxalq təlim sessiyalarında iştirak edib.

Bizimlə əlaqə saxlayın