Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turnirinin qalibi müəyyənləşib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
may
2025
18:30

Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turnirinin qalibi müəyyənləşib

06 may, 2025
18:30
869

Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turnirinin qalibi müəyyənləşib

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turnirinin qalibi müəyyənləşib.

"Sizinxeber.az" xəbər verir ki, Bakı Tennis Akademiyasında baş tutan həlledici matçda Ədliyyə Nazirliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin komandaları üz-üzə gəlib.

Görüş nazirlik komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Üçüncü yer uğrunda matçda Daxili İşlər Nazirliyi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollektivləri münasibətləri aydınlaşdırıb. Əsas vaxtı 2:2 hesabı ilə bitən oyunun penaltilər seriyasında nazirlik təmsilçisi daha dəqiq olub - 4:1.

Foto: Vüqar Xanlarov

Bizimlə əlaqə saxlayın