Azərbaycan taekvondoçuları Bolqarıstanda "Prezident Kuboku"nda iştirak edəcəklər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
may
2025
16:30

Azərbaycan taekvondoçuları Bolqarıstanda "Prezident Kuboku"nda iştirak edəcəklər

04 may, 2025
16:30
609

Azərbaycan taekvondoçuları Bolqarıstanda "Prezident Kuboku"nda iştirak edəcəklər

Azərbaycan taekvondoçuları Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək "Prezident Kuboku"nda iştirak edəcəklər.

"Report" federasiyasnın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məqsədlə milli Türkiyə yığması ilə birlikdə təlim-məşq toplanışında iştirak etmək üçün Çanaqqala şəhərinə yollanıb.

Qardaş ölkədə baş tutacaq hazırlıq prosesindən sonra taekvondoçular mayın 16-da Bolqarıstana gedəcəklər.

İdmançılara böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, komandanın böyük məşqçisi Elnur Amanov və məşqçi Günay Zeynalova rəhbərlik edəcəklər.

Qeyd edək ki, mayın 16-da startı veriləcək yarışda ölkəmizi 15 idmançı (11 kişi, 4 qadın) təmsil edəcək.

Bizimlə əlaqə saxlayın