Qubada təşkil olunan Avropa Kubokunun püşkatma mərasimi keçirilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
02 
may
2025
22:30

Qubada təşkil olunan Avropa Kubokunun püşkatma mərasimi keçirilib

02 may, 2025
22:30
578

Qubada təşkil olunan Avropa Kubokunun püşkatma mərasimi keçirilib

3-4 mayda Qubada keçiriləcək yeniyetmə cüdoçular arasında Avropa Kubokunun püşkatma mərasimi baş tutub.

"Sizinxeber.az"un məlumatına görə, tədbirdə Avropa Cüdo Birliyi (EJU) və Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmiləri iştirak ediblər.

ACF-nin baş katibinin müavini, idman direktoru Kamran Talıbov çıxış edərək göstərilən etimada görə EJU-ya təşəkkürünü bildirib və bütün idmançılara uğurlar arzulayıb.

EJU-nun idman komissarı Albert Qmayner qurumun prezidenti Laslo Totun adından iştirakçıları salamlayıb, turnirin gənc cüdoçuların karyerasında mühüm rol oynayacağını vurğulayıb və yarışın təşkilindəki səylərinə görə ACF-ə minnətdarlığını ifadə edib.

Daha sonra çıxış edən EJU-nun hakimlər üzrə komissarı Vladimer Nutsubidze bildirib ki, Quba Avropa Kubokunun görüşləri 15 yerli və beynəlxalq dərəcəli hakim tərəfindən idarə olunacaq.

Qeyd edək ki, beynəlxalq turnirdə 11 ölkədən 354 cüdoçu (213 oğlan, 141 qız) 16 çəki dərəcəsində mübarizə aparacaq. Azərbaycanı bu yarışda 141 idmançı (100 oğlan, 41 qız) təmsil edəcək.

Bizimlə əlaqə saxlayın