02
may
2025
17:30
yuxarı
Azərbaycanın daha bir paraüzgüçüsü Fransadakı turnirdə final vəsiqə əldə edib
Azərbaycanın daha bir paraüzgüçüsü Fransadakı turnirdə final vəsiqə əldə edib
Azərbaycanın daha bir təmsilçisi Fransanın paytaxtı Parisdə keçirilən Dünya Paraüzgüçülük Seriyasının gənclər kateqoriyasında finala vəsiqə qazanıb.
Bu barədə "Sizinxeber.az"a Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Könül Süleymanova (S4 kateqoriyası) 50 metr məsafəyə arxasıüstə üzmək üzrə finalda çıxış edəcək.
Qeyd edək ki, daha əvvəl Əli Vəliyev həlledici raundda iştirak hüququ əldə edib.