Azərbaycan avarçəkəni “Prezident Kuboku-2025” beynəlxalq reqatasında çempion olmasını dəyərləndirib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
02 
may
2025
14:00

Azərbaycan avarçəkəni “Prezident Kuboku-2025” beynəlxalq reqatasında çempion olmasını dəyərləndirib

02 may, 2025
14:00
441

Azərbaycan avarçəkəni “Prezident Kuboku-2025” beynəlxalq reqatasında çempion olmasını dəyərləndirib

Ötən illə müqayisədə budəfəki çıxışım daha yaxşı alındı.

"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan avarçəkəni Əlimurad Hacızadə “Prezident Kuboku-2025” beynəlxalq reqatasında jurnalistlərə açıqlamasında deyib.

Kayak növündə 1000 metr məsafəyə mübarizədə qızıl medal qazanan idmançı qələbəyə görə şad olduğunu söyləyib:

"Çox gərgin və mübarizəli reqata oldu. Soyuqqanlı şəkildə mübarizəmizi davam etdirdik. Bütün bacarığımı ortaya qoydum. Rəqiblərimlə artıq bir neçə dəfə qarşılaşmışdım. Ötən illə müqayisədə budəfəki çıxışım daha yaxşı alındı".

Bizimlə əlaqə saxlayın