Ukraynada idman obyekti hücumlar nəticəsində dağılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
apr
2025
18:00

Ukraynada idman obyekti hücumlar nəticəsində dağılıb

16 apr, 2025
18:00
744

Ukraynada idman obyekti hücumlar nəticəsində dağılıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xerson vilayətini atəşə tutması nəticəsində hokkey və konkisürmə yarışlarının keçirildiyi "Favorit Arena" dağılıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, idman infrastrukturuna ciddi ziyan dəyib.

"Dnepr" hokkey komandası burada ev oyunlarını keçirirdi. Obyekt həm də hokkey və konkisürənlər üçün məşq bazası idi.

Qeyd edək ki, Xersondakı buz arenası 2009-cu ildə fəaliyyətə başlayıb.

Bizimlə əlaqə saxlayın