“Dakar” rallisinin dördqat qalibinin ayağı amputasiya ediləcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
fev
2025
00:00

“Dakar” rallisinin dördqat qalibinin ayağı amputasiya ediləcək

17 fev, 2025
00:00
761

“Dakar” rallisinin dördqat qalibinin ayağı amputasiya ediləcək

Yol qəzasında aldığı zədə səbəbindən “Dakar” rallisinin dördqat qalibi, fransız Matye Bomelin ayağı amputasiya ediləcək.

“Report” xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

Yanvarın 28-də Monte-Karlo rallisi zamanı Bomel avtomobildə yaranan nasazlığı düzəltmək üçün yolun kənarında dayanıb. Bu zaman digər avtomobil onu vurub.

Qeyd edək ki, 49 yaşlı Bomel 2015, 2019, 2022 və 2023-cü illərdə “Dakar” rallisinin qalibi olub. O, qətərli Nasser əl-Attiyahın şturmanı olub.

Bizimlə əlaqə saxlayın