Azərbaycanın daha iki taekvondoçusu Türkiyədə qızıl medal qazanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
fev
2025
23:00

Azərbaycanın daha iki taekvondoçusu Türkiyədə qızıl medal qazanıb

14 fev, 2025
23:00
826

Azərbaycanın daha iki taekvondoçusu Türkiyədə qızıl medal qazanıb

Azərbaycan taekvondoçuları Türkiyənin Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) medallar qazanıblar.

"Sizinxeber.az" xəbər verir ki, oğlanlar arasında çıxış edən yığma üzvləri, Mehdi Budaqlı (45 kq) və Ziya Həsənli (63 kq) qızıl, Fuad Məhərrəmli (59 kq) gümüş, Yunis Hüseynov (73 kq) və Allahverdi Məmmədov (+78 kq) isə bürünc medallara sahib çıxıblar.

Qeyd edək ki, dünən gənc qızlar arasında taekvondoçumuz Humay Dadaşova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal əldə etmişdi.

Bizimlə əlaqə saxlayın