13
fev
2025
18:00
yuxarı
Azərbaycanın gimnastika hakimləri Gürcüstanda beynəlxalq kurslarda iştirak ediblər
Azərbaycanın gimnastika hakimləri Gürcüstanda beynəlxalq kurslarda iştirak ediblər
Azərbaycanın gimnastika hakimləri Gürcüstanın paytaxtı Tbilisidə Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təşkil olunan “2025-2028 beynəlxalq hakimlik kursları”ında iştirak ediblər.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Kurslarda akrobatika gimnastikası üzrə hakimlərimiz müxtəlif kateqoriyalara yiyələniblər.
1. İradə Qurbanova – kateqoriya 3
2. Abdulla Əl-Məşayxi – kateqoriya 3
3. Leyla Əliyeva – kateqoriya 3
4. Lalə Abdullayeva – kateqoriya 4
5. Aynur Yusufova – kateqoriya 4
Qeyd edək ki, kurslar fevralın 8-11-i aralığında baş tutub.