Azərbaycan millisinin baş məşqçisinə Avropa çempionatının xatirə medalı təqdim olunub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
fev
2025
18:00
0
0
1 102

Azərbaycan millisinin baş məşqçisinə Avropa çempionatının xatirə medalı təqdim olunub

10 fev, 2025
18:00
1 102

Azərbaycan millisinin baş məşqçisinə Avropa çempionatının xatirə medalı təqdim olunub

Polşanın Byelsko-Byala şəhərində karate (WKF / idman karatesi) üzrə yeniyetmə, gənclər və U-21 yaş kateqoriyaları üzrə 52-ci Avropa çempionatının xatirə medalı Azərbaycanın yeniyetmə və gənclərdən ibarət baş məşqçisi Anar Allahverdiyevə təqdim olunub.

"Report" xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan millisi Polşada 3 medal qazanıb. Ələddin Məlikov (16-17 yaş, 68 kq) gümüş, Vüsal Qənbərov (14-15 yaş, 52 kq) və Əliəşrəf Qafarov (14-15 yaş, 57 kq) isə bürünc medala yiyələnib.

Bizimlə əlaqə saxlayın