Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının mükafatlandırma mərasimi baş tutub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
fev
2025
15:30

Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının mükafatlandırma mərasimi baş tutub

07 fev, 2025
15:30
834

Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının mükafatlandırma mərasimi baş tutub

Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının mükafatlandırma mərasimi baş tutub.

"Report" xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan tədbirdə Azərbaycan Kamandan Oxatma Federasiyasının rəsmi şəxsləri və digər qonaqlar iştirak ediblər.

Final qarşılaşmalarından sonra ilk "üçlüy"ə düşən idmançılar mükafatlandırılıb.

Qeyd edək ki, 3 gün davam edən turnirdə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 60-a yaxın idmançı mübarizə aparıb. Kişi və qadın oxatanlar örtülü salonda üç yaş kateqoriyası (16 yaşa qədər yeniyetmələr, 16-18 yaşlı gənclər və böyüklər) üzrə hədəfi 18 metrdən nişan alıblar.

Foto: Vüqar Xanlarov

Bizimlə əlaqə saxlayın