Naxçıvan karateçiləri imtahan veriblər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
fev
2025
12:00

Naxçıvan karateçiləri imtahan veriblər

03 fev, 2025
12:00
919

Naxçıvan karateçiləri imtahan veriblər

Naxçıvan karateçiləri imtahan veriblər.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, Naxçıvan Gənclər və İdman Nazirliyinin 2 fevral – Gənclər Günü ilə bağlı hazırladığı tədbirlər planına uyğun olaraq “Gənclər həftəsi” çərçivəsində daha bir idman tədbiri keçirilib.

Fevralın 2-də Naxçıvan şəhərində Azərbaycan Karate Federasiyasının (AKF) muxtar respublika üzrə nümayəndəliyi tərəfindən növbəti kəmər imtahanı keçirilib. Bu prosesdə 8-20 yaş aralığında 40 karateçi iştirak edib.

İmtahanı AKF-nin Naxçıvan Muxtar Respublikası üzrə nümayəndəsi Nəriman Quliyev, imtahan komissiyasının üzvləri Nicat Allahverdiyev və Qələndər Bünyatov qəbul ediblər.

Bizimlə əlaqə saxlayın