Şahmat üzrə kişilər arasında Azərbaycan çempionatında ilk 1/8 finalçılar məlum olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
fev
2025
11:30

Şahmat üzrə kişilər arasında Azərbaycan çempionatında ilk 1/8 finalçılar məlum olub

03 fev, 2025
11:30
894

Şahmat üzrə kişilər arasında Azərbaycan çempionatında ilk 1/8 finalçılar məlum olub

Şahmat üzrə kişilər arasında Azərbaycan çempionatında ilk 1/8 finalçılar məlum olub.

"Sizinxeber.az"un məlumatına görə, 1/16 final mərhələsinin hər iki görüşündə Paşam Əlizadəni məğlub edən Eltac Səfərli adını növbəti mərhələyə yazdırıb.

Kənan Qarayevi üstələyən Vüqar Əsədli 1/8 finalda mübarizəni davam etdirmək imkanı qazanıb - 1,5:0,5.

Hər iki partiyada Ümid Aslanova qalib gələn Məhəmməd Muradlı, eyni zamanda Xəzər Babazadəni məğlub edən Fərid Abbasov növbəti mərhələyə vəsiqə əldə edib.

1/16 finalda Murad İbrahimlidən güclü olan Əhməd Əhmədzadə, həmçinin iki oyunun nəticəsinə görə Vüqar Manafovu üstələyən Misrətdin İskəndərov da mərhələ adlayıb.

Read Səmədov - Şiroğlan Talıbov duelində birinci qalib gələrək 1/8 finalda yarışmaq imkanı qazanıb - 1,5:0,5.

Qeyd edək ki, Nicat Məmmədov - Süleyman Süleymanlı, Azər Mirzəyev - Vüqar Rəsulov və Namiq Quliyev - Rəhim Qasımov partiyalarında bərabərlik qeydə alındığından qalib tay-brekdə müəyyənləşəcək.

Bizimlə əlaqə saxlayın