Azərbaycan karateçiləri Qırğızıstanda keçirilən beynəlxalq turnirində medallar qazanıblar » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
01 
fev
2025
16:00

Azərbaycan karateçiləri Qırğızıstanda keçirilən beynəlxalq turnirində medallar qazanıblar

01 fev, 2025
16:00
642

Azərbaycan karateçiləri Qırğızıstanda keçirilən beynəlxalq turnirində medallar qazanıblar

Azərbaycan karateçiləri Qırğızıstanın Bişkek şəhərindəki “Bishkek Open” beynəlxalq turnirində medallar qazanıblar.

Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən "Sizinxeber.az"a verilən məlumata görə, idman karatesi üzrə yığmanın üç üzvü fəxri kürsüyə qalxıb.

Kumite yarışlarında böyüklər arasında Aslan Dostuyev (67 kq) qızıl, 16-17 yaşlı gənclər arasında Rauf İmanov (61 kq) gümüş, Ömər Əliyev (30 kq) 10-11 yaşlı uşaqlar arasında bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, turnirdə 1000-ə yaxın idmançı iştirak edib.

Bizimlə əlaqə saxlayın