Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
31 
yan
2025
21:00

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb

31 yan, 2025
21:00
910

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov yanvarın 31-də idman federasiyalarının nümayəndələri ilə 18-ci görüşünü keçirib.

"Report" xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan görüşdə nazir Fərid Qayıbov federasiya nümayəndələri və mütəxəssislərlə görüşdə son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb.

Tədbirdə bu il müxtəlif ölkələrdə keçiriləcək Beynəlxalq Gimnaziada İdman Oyunları, Tələbələrin Ümumdünya Yay Universiadası və Gənclərin Olimpiya Oyunlarına hazırlığı barədə məlumat verilib. Sonda isə federasiyaların sosial media hesabatı dinlənilib və digər məsələlər müzakirə olunub.

Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak edib.

Bizimlə əlaqə saxlayın