ABŞ-də qəzaya uğrayan təyyarənin göyərtəsindəki 13 idmançının adı açıqlanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
yan
2025
13:00

ABŞ-də qəzaya uğrayan təyyarənin göyərtəsindəki 13 idmançının adı açıqlanıb

30 yan, 2025
13:00
777

ABŞ-də qəzaya uğrayan təyyarənin göyərtəsindəki 13 idmançının adı açıqlanıb

ABŞ-də qəzaya uğrayan təyyarənin göyərtəsində olan fiqurlu konkisürənlərin ilkin siyahısı açıqlanıb.

"Sizinxeber.az" xəbər verir ki, “Mash” teleqram kanalı məlumat yayıb.

Onların əksəriyyəti rusiyalı mühacirlərin övladlarıdır. İdmançılar ABŞ çempionatında mübarizə aparıblar.

Bunlar Endryu Toqaşev, Maksim Naumov, Alisa Yefimova, Mişa Mitrofanov, Keti Makbet, Daniil Parkman, Kristina Kerreyra, Entoni Pononarenko, Aleksey Şepetov, Annabel Morozov, Artyom Markelov, Anton Spiridonov və Danila Savelyevdir.

Daha əvvəl iki dünya çempionunun da göyərtədə olduğu açıqlanıb.

Qeyd edək ki, Vaşinqtonun mərkəzindən 10-15 dəqiqəlik məsafədə, Ronald Reyqan hava limanı yaxınlığında səmada sərnişin təyyarəsi ABŞ ordusuna məxsus helikopterlə toqquşub.

Bizimlə əlaqə saxlayın