Vadim Kuramşın: "Neftçi" ilə oyun planlaşdırdığımız kimi getmədi" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
yan
2025
22:00
0
0
1 045

Vadim Kuramşın: "Neftçi" ilə oyun planlaşdırdığımız kimi getmədi"

29 yan, 2025
22:00
1 045

Vadim Kuramşın: "Neftçi" ilə oyun planlaşdırdığımız kimi getmədi"

Oyun planlaşdırdığımız kimi getmədi.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vadim Kuramşın basketbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Neftçi" ilə oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis məğlubiyyətə görə üzgün olduqlarını bildirib:

"Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Oyun planlaşdırdığımız kimi getmədi. Ümumilikdə layiqli mübarizə apardıq. Görüşün müəyyən hissəsində "Neftçi" fərqi artırdı və sonadək bu fərq eyni qaldı. Bizdə rotasiya ilə bağlı problemlər var. Rəqibin ehtiyat oyunçular skamyası genişdir. Onların heyətində Amil Həmzəyevlə Kamran Məmmədovun çıxış nəticəyə təsir göstərdi. Basketbolçularımız çalışsalar da, sonluğu gətirə bilmədilər".

Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" görüşü "ağ-qaralar"ın 103:90 hesablı qələbəsi ilə bitib. Paytaxt təmsilçisi 1/4 finalda "Sabah"la qarşılaşacaq.

Bizimlə əlaqə saxlayın