Rusiyanın dünya çempionu olmuş bokçusu dörd illik cəzalanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
yan
2025
12:30

Rusiyanın dünya çempionu olmuş bokçusu dörd illik cəzalanıb

28 yan, 2025
12:30
736

Rusiyanın dünya çempionu olmuş bokçusu dörd illik cəzalanıb

Beynəlxalq Test Agentliyi (ITA) rusiyalı boksçu Qriqori Drozdu dörd il müddətinə diskvalifikasiya edib.

"Sizinxeber.az"un məlumatına görə, o, antidopinq qaydalarını pozduğuna görə cəzalandırılıb.

WBC-də yüngül çəkidə çempion olmuş idmançının diskvalifikasiyasının müddəti 2028-ci ilin sentyabrında başa çatacaq. Onun 2014-cü il sentyabrın 28-dən 2024-cü il sentyabrın 9-dək olan bütün nəticələri ləğv edilib.

Qeyd edək ki, 45 yaşlı keçmiş boksçu 2014-2016-cı illərdə WBC-də çempionluq kəmərinin sahibi olub. İdmançı peşəkar rinqdə 40 qələbə qazanıb və 1 məğlubiyyətlə üzləşib. Qriqori Drozd 2017-ci ildə karyerasını bitirib.

Bizimlə əlaqə saxlayın