Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
yan
2025
22:00

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib

25 yan, 2025
22:00
862

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib

“Report” Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın ilk günündə körpücük üzərinə qadın idmançılar çıxıb.

İlk gündə Nuray Əbilova (45 kq), Nazilə Məmmədova (49 kq), Selcan Qarayeva (55 kq), Dinara İbrahimli (59), Lalə Əzizli (64 kq), Aytən Əliyeva (71 kq), Arzu Qədiomova (76 kq) Rahilə Hüseynzadə (81 kq), Ələmgül Yusifzadə (87 kq), Mələk Hüseynli (+87 kq) Azərbaycan çempionu adını qazanıblar.

Qeyd edək ki, Şüvəlanda yerləşən ağırlıqqaldırma akademiyasında təşkil olunan və bu gün startı verilən yarışa sabah yekun vurulacaq.

Bizimlə əlaqə saxlayın