Parisdə ikinci olan Azərbaycan boksçusu: "Olimpiya medalının belə keyfiyyətsiz çıxacağını gözləmirdim" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
yan
2025
11:30

Parisdə ikinci olan Azərbaycan boksçusu: "Olimpiya medalının belə keyfiyyətsiz çıxacağını gözləmirdim"

22 yan, 2025
11:30
755

Parisdə ikinci olan Azərbaycan boksçusu: "Olimpiya medalının belə keyfiyyətsiz çıxacağını gözləmirdim"

Olimpiya medalının belə keyfiyyətsiz çıxacağını gözləmirdim.

Bunu "Sizinxeber.az"a açıqlamasında Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında gümüş medal əldə edən Azərbaycan boksçusu Alfonso Dominqes (92 kq) deyib.

O, da digərləri kimi turnirdə verilən medalın keyfiyyətindən şikayətçi olduğunu bildirib:

"Çünki son 2 ayda medalın keyfiyyətinin itməyə başladığını hiss etdim. Rəngi solurdu. Çox keyfiyyətsiz medaldır. Digər idmançılar da bununla üzləşib. Mümkündürsə, geri qaytarılmasını istəyirəm".

Qeyd edək ki, Azərbaycanın beş olimpiya mükafatçısının medalı keyfiyyətini itirib.

Bizimlə əlaqə saxlayın