Fərid Qayıbov AQEM-in baş katibi ilə görüşüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
yan
2025
20:30
0
0
1 258

Fərid Qayıbov AQEM-in baş katibi ilə görüşüb

17 yan, 2025
20:30
1 258

Fərid Qayıbov AQEM-in baş katibi ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbayı qəbul edib.

"Report" xəbər verir ki, qonağı salamlayan nazir ona ölkəmizdə gənclər siyasəti üzrə görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

Görüş zamanı AQEM-in Gənclər Şurasının sədrliyinin Azərbaycana keçməsi və bu kontekstdə Azərbaycanın öncəliklərinin həyata keçirilməsi üzrə məsləhətləşmələrin aparılması müzakirə olunub.

Bizimlə əlaqə saxlayın