Azərbaycanın güləş milliləri təlim-məşq bazasında hazırlıq keçirlər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
yan
2025
19:30

Azərbaycanın güləş milliləri təlim-məşq bazasında hazırlıq keçirlər

13 yan, 2025
19:30
938

Azərbaycanın güləş milliləri təlim-məşq bazasında hazırlıq keçirlər

Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşçiləri Güləş Federasiyasının təlim-məşq bazasında hazırlıq keçirlər.

"Sizinxeber.az" xəbər verir ki, idmançılarımız məşqçilərin nəzarəti altında həm fiziki, həm də taktiki-texniki çalışmaları yerinə yetirirlər.

Sərbəst güləş üzrə yığmanın bir qrupu yanvarın 19-da Dağıstana yollanacaq. Komandanın əsas heyəti fevralın 1-dək Mahaçqalada təlim-məşq toplanışı keçəcək.

Yunan-Roma və qadın güləşi üzrə millilərimiz isə fevralın 5-dən 9-dək Xorvatiyadakı lin ilk reytinq turnirinədək məşqləri doğma məkanda davam etdirəcək. Hər iki komandamız “Zaqreb Open”dən sonra qarşıdakı mühüm yarışlara ölkə xaricində hazırlaşacaq.

Bizimlə əlaqə saxlayın