Milli Olimpiya Komitəsində İngiltərənin Hertfordshire Universitetinin professoru ilə görüş olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
yan
2025
18:00

Milli Olimpiya Komitəsində İngiltərənin Hertfordshire Universitetinin professoru ilə görüş olub

13 yan, 2025
18:00
900

Milli Olimpiya Komitəsində İngiltərənin Hertfordshire Universitetinin professoru ilə görüş olub

Milli Olimpiya Komitəsində (MOK) İngiltərənin Hertfordşir Universitetinin professoru Mayk Kallan, qlobal tərəfdaşlıq və xaricdə təhsil üzrə direktoru Con Drayverllə görüş olub.

MOK-un mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan Cüdo Federasiyası və MOK arasında təhlükəsiz idman sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.

Görüşün mühüm mövzularından biri də gənc istedadların müəyyən olunmasında yüksək texnologiyaların, xüsusən də süni zəka alətlərinin istifadəsinin əhəmiyyəti olub. Tərəflər Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində prioritetləri nəzərdən keçirərkən, idmançıların inkişafında innovativ yanaşmaların rolunu vurğulayıblar.

Bizimlə əlaqə saxlayın