AGF rəsmiləri güləş zalının fəaliyyəti ilə tanış olublar » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
yan
2025
18:00

AGF rəsmiləri güləş zalının fəaliyyəti ilə tanış olublar

04 yan, 2025
18:00
931

AGF rəsmiləri güləş zalının fəaliyyəti ilə tanış olublar

Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmiləri 4-cü mikrorayonda yerləşən güləş məktəbinin fəaliyyəti ilə tanış olublar.

"Report" xəbər verir ki, AGF-nin regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərov və sərbəst güləş üzrə U-20 milli komandanın məşqçisi Nazim Əlicanov fedarasiyanın 2024-cü ildən inventar və maddi dəstək verdiyi güləş məktəbinə təşrif buyurublar.

Sərbəst güləş üzrə məşqlərin keçirildiyi bu zalda yeniyetmələr arasında Avropa çempionu və dünya üçüncüsü Elman Ağayev, U-15 Avropa çempionatının mükafatçıları Fərhad Süleymanlı və Nihad Süleymanlı yetişib.

Məşqçilər Əlisa Abbasov və Elxan İskəndərovun rəhbərliyi altında həftənin 6 günü burada ödənişsiz məşqlər keçirilir. Hal-hazırda sözügedən məktəbdə 60-dan çox yeniyetmə və gənc sərbəst güləşlə məşğul olur.

Bizimlə əlaqə saxlayın