Dövlət qurumlarının əməkdaşları arasında idman dırmanması üzrə yarış keçirilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
dek
2024
14:30

Dövlət qurumlarının əməkdaşları arasında idman dırmanması üzrə yarış keçirilib

12 dek, 2024
14:30
622

Dövlət qurumlarının əməkdaşları arasında idman dırmanması üzrə yarış keçirilib

Dövlət qurumlarının əməkdaşları arasında idman dırmanması üzrə yarış keçirilib.

"Sizinxeber.az" xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı ilə təşkil olunan yarışda kişilər arasında Belousov Stanislav (SOCAR) birinci olub.

Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Kənan Məmmədzadə yarışı ikinci, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Anar Novruzov isə üçüncü pillədə başa vurublar.

Qadınlar arasında Leyla Əliyeva, Sima Səfərova (hər ikisi FHN), Aysu Kərimzadə (Gənclər və İdman Nazirliyi) fərqləniblər.

Bizimlə əlaqə saxlayın