11
dek
2024
17:00
yuxarı
Bədii gimnastika üzrə XXIX Bakı çempionatı və birinciliyinə yekun vurulub
Bədii gimnastika üzrə XXIX Bakı çempionatı və birinciliyinə yekun vurulub
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə XXIX Bakı çempionatı və birinciliyinə yekun vurulub.
"Report" xəbər verir ki, 3 gün davam edən yarışda 6 idman klubundan 95 gimnast müxtəlif yaş kateqoriyaları üzrə mübarizə aparıblar.
Alətsiz, top, halqa və gürzlər proqramlarında rəngarəng çıxışlarla yadda qalan idmançılar öz məharətlərini nümayiş etdiriblər.