Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə "ustad dərsi" başa çatıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
dek
2024
18:00

Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə "ustad dərsi" başa çatıb

06 dek, 2024
18:00
859

Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə "ustad dərsi" başa çatıb

Paris-2024 Yay Olimpiya Oyunlarının finalçıları, dünya çempionatının bürünc, Avropa çempionatının qızıl medalçıları olan qrup hərəkətləri üzrə Azərbaycan millisinin üzvləri tərəfindən Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə "ustad dərsi" başa çatıb.

Federasiyadan "Sizinxeber.az"a verilən məlumata görə, dərs müddətində azyaşlı gimnastlara hərəkətlərin ardıcıl icrası, dözümlülük və balansın düzgün tətbiqi, alətlərin idarəolunması, özünəinamlı çıxışın sirləri haqda nəzəri və praktiki biliklər öyrədilib.

Milli üzvləri sonda iştirakçılara avtoqraf veriblər.

Bizimlə əlaqə saxlayın