Azərbaycan Ağırlıqqaldırma Federasiyasının nümayəndə heyəti Bəhreyndə görüşlər keçirib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
dek
2024
12:00

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının nümayəndə heyəti Bəhreyndə görüşlər keçirib

05 dek, 2024
12:00
731

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının nümayəndə heyəti Bəhreyndə görüşlər keçirib

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) Bəhreyndə səfərdə olan nümayəndə heyəti bir sıra görüşlər keçirib.

AAF-dan "Sizinxeber.az"a verilən məlumata görə, qurumun prezidenti Kamran Nəbizadə və vitse-prezidenti Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Calud, həmçinin I vitse-prezidenti Ursula Papandrea, Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Antonio Konflitti və Bəhreyn Ağırlıqqaldırma Federasiyasının prezidenti Ebrahim Eshaqla bir araya gəliblər.

Görüşlərdə gənclər və idman nazirinin müavini Mariana Vasileva da iştirak edib.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşlərdən sonra adıçəkilən şəxslərə AAF adından xüsusi hədiyyələr təqdim olunub.

Bizimlə əlaqə saxlayın