02
dek
2024
21:30
yuxarı
ACF dan seminar və imtahanlarında müvəffəqiyyət qazanmış iştirakçılara sertifikatlar təqdim edib
ACF dan seminar və imtahanlarında müvəffəqiyyət qazanmış iştirakçılara sertifikatlar təqdim edib
Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən 2024-cü il ərzində keçirilən dan seminar və imtahanlarında iştirak edərək müvəffəqiyyət qazanmış 25 nəfərə müvafiq sertifikatlar təqdim olunub.
"Sizinxeber.az" xəbər verir ki, onlar Bakıda, həmçinin ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən məşqçi-müəllimlərdir.
Dan seminar və imtahanları ölkə üzrə məşqçi-müəllimlərin peşəkarlığının artırılması, onların qiymətləndirilməsi ilə bağlı aparılır. ACF qarşıda da mütəmadi olaraq müvafiq tədbirlərin keçirilməsini planlaşdırır.