Cüdo üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
noy
2024
19:00

Cüdo üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib

29 noy, 2024
19:00
872

Cüdo üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə həm qadın, həm də kişilər arasında keçirilən ölkə çempionatında ilk gününün qalibləri bəlli olub.

"Report" xəbər verir ki, yarışın ilk günündə 7 çəki dərəcəsində qaliblər müəyyənləşib.

Qadınların mübarizəsində Fidan Əlizadə (63 kq), Günel Həsənli (70 kq), Nərmin Əmirli (78 kq) və Nigar Süleymanova (+78 kq) kişilərin yarışında isə Hüseyn Allahyarov (60 kq), Rəşad Yelkiyev (66 kq) və Rəşad Məmmədəliyev (73 kq) qızıl medal qazanan idmançılar olub.

Qeyd edək ki, ilk gündə tatami üzərinə 178 idmançı çıxıb.

Bizimlə əlaqə saxlayın