MOK nümayəndələri Litvada beynəlxalq təlimlərdə iştirak ediblər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
noy
2024
15:00

MOK nümayəndələri Litvada beynəlxalq təlimlərdə iştirak ediblər

29 noy, 2024
15:00
660

MOK nümayəndələri Litvada beynəlxalq təlimlərdə iştirak ediblər

Milli Olimpiya Komitəsinin (MOK) nümayəndələri Litvada Olimpiya dəyərlərinin tədrisi üzrə beynəlxalq təlimlərdə iştirak ediblər.

"Sizinxeber.az" xəbər verir ki, Litva Olimpiya Komitəsinin ERASMUS+ layihəsi çərçivəsində keçirilən “Olimpiya dəyərlərinin tədrisi” mövzusunda 8 günlük təlimlərdə MOK-un əməkdaşı Nərmin Kərimova və OCEP ekspert qrupunun sədri Namiq Cəfərov da yer alıblar.

Təlimlərdə Olimpiya dəyərlərinin təbliği və tədris metodikaları ilə bağlı müasir yanaşmalar müzakirə olunub, həmçinin müxtəlif ölkələrin nümayəndələri ilə təcrübə mübadiləsi aparılıb. Tədbir çərçivəsində Litva Olimpiya Komitəsinə təşkil edilən ziyarətdə əməkdaşlıq imkanları və gələcək layihələr müzakirə edilib.

Bu, Azərbaycanın Olimpiya hərəkatının inkişafına və beynəlxalq əlaqələrinin gücləndirilməsinə töhfə verən önəmli addımdır.

Bizimlə əlaqə saxlayın