Azərbaycan Boks Federasiyasının rəsmiləri milli komandaların məşqçilər heyəti və hakimlərlə görüşüb
sizinxeber.az xəbər saytı

Azərbaycan Boks Federasiyasının rəsmiləri milli komandaların məşqçilər heyəti və hakimlərlə görüşüb


Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov və İdarə Heyətinin üzvü Rövşən Hüseynov müxtəlif yaş qrupları üzrə yığmaların məşqçiləri və hakimlərlə görüşüb.

Bu barədə "Report"a ABF-nin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə milli komandaların ilin əvvəlindən bu günədək iştirak etdiyi yarışlar, göstərdiyi nəticələr, qarşıdakı turnirlər müzakirə olunub.

Məşqçilər heyətlərinin hesabatları dinlənilib, yarışların sayının artırılması qərara alınıb. Avropa birinciliyində məktəbli boksçuların tarixi uğuru və rekordları da xüsusi vurğulanıb. Qeyd olunub ki, uşaq boksunun daha da inkişafı üçün bu ildən kadetlər arasında Azərbaycan Kuboku keçiriləcək.

Bundan əlavə, hakimlərimlərin beynəlxalq dərəcələrinin artırılması, yarışlarda iştirakı da müzakirə mövzusu olub.

Yekunda tapşırıq və tövsiyələr verilib, uğurların artırılması üçün lazımi şəraitin yaradılacağı vurğulanıb.

Oxşar xəbərlər

Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
IBA-nın Texniki Komitəsinin sabiq sədri Azərbaycana gəlib, məşqçilərə seminar keçib
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının növbəti iclası keçirilib
Bakıda boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsi start götürəcək
Azərbaycanda voleybol məşqçiləri üçün seminarlar təşkil olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər