sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan atleti Skopyedə ölkə rekorduna imza atıb
Azərbaycan atleti Əmir İsmayılov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında ölkə rekorduna imza atıb.
Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən "Sizinxeber.az"a verilən məlumata görə, gənc idmançı 110 metr məsafəyə sədlərlə qaçışda 14.44 saniyə nəticə göstərib.
Bu nəticə U-18 yaş kateqoriyasında yeni ölkə rekordu olub. Ə.İsmayılov qarşıdakı yarış günlərində atletikanın uzunluğa tullanma növündə də mübarizə aparacaq.
Qeyd edək ki, atletika yarışları Şimali Makedoniyanın paytaxtı Skopyedəki Todor Proeski adına milli stadionda keçirilir.
Oxşar xəbərlər
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan badmintonçuları açıqlanıb
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan gimnastları bəlli olub
MOK-un nümayəndəsi EYOF-un missiya rəhbərlərinin görüşündə iştirak edib
Azərbaycan atleti Balkan çempionatında ölkə rekordunu yeniləyib
Keniyalı atlet ABŞ-də rekorda imza atıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











