İspaniyalı motosikletçi məşq zamanı aldığı xəsarətlərdən vəfat edib
sizinxeber.az xəbər saytı

İspaniyalı motosikletçi məşq zamanı aldığı xəsarətlərdən vəfat edib


17 yaşlı ispaniyalı motosikletçi Pau Alsina məşq zamanı aldığı xəsarətlərdən vəfat edib.

"Sizinxeber.az"un "RMC Sport"a istinadən məlumatına görə, Alsina iyulun 19-da İspaniya trekində məşq edərkən idarəetməni itirib və motosikletin üzərindən uçaraq başıüstə yerə düşüb.

Saraqosada ona təcili tibbi yardım göstərilib və əməliyyat olunub, lakin iki gün sonra vəfat edib.

Alsina Junior GP dünya çempionatında iştirak edib və ümumi hesabda 13-cü yeri tutub. Ayrı-ayrı yarışlarda ən yaxşı nəticəsi Xeresdə səkkizinci yer olub. O, həmçinin İtaliya Moto 3 CIV sinfində çıxış edib və ümumi hesabda dördüncü olub.

Oxşar xəbərlər

Gənc idmançı məşq sırasında qəzaya uğrayaraq vəfat edib
İspaniyalı motosikletçi faciəvi şəkildə dünyasını dəyişib
İngiltərədə keçirilən çempionat zamanı iki motosikletçi həlak olub
Rusiyada 22 yaşlı boksçu məşq zamanı vəfat edib
İtaliyalı idmançı məşq zamanı faciəvi şəkildə həlak olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər