Universiadada 3 medal qazanmış Azərbaycanın bədii gimnastları vətənə dönüb
sizinxeber.az xəbər saytı

Universiadada 3 medal qazanmış Azərbaycanın bədii gimnastları vətənə dönüb


Almaniyada keçirilən 32-ci Ümumdünya Yay Universiadasında 3 medal qazanmış Azərbaycanın bədii gimnastları vətənə dönüb.

Bu barədə "Sizinxeber.az"a Gomnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

İdmançıları hava limanında federasiyanın nümayəndələri, gənc gimnastlar və ailə üzvləri qarşılayıblar.

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan və Kamilla Əliyevadan ibarət qrup müxtəlif proqramlar üzrə 2 qızıl, 1 gümüş medal qazanıb.

Qeyd edək ki, bu, Universiadalar tarixində komanda yarışlarında gimnastlarımızın ilk uğurudur.

Oxşar xəbərlər

Azərbaycanın bədii gimnastika komandası Avropa Kubokunda gümüş medal qazanıb
Azərbaycan komandası Avropa Kubokunda qızıl medal qazanıb
Azərbaycan gimnastları San-Marinoda yeddi medal qazanıblar
Azərbaycanın bədii gimnastika üzrə millisi Fransadakı yarışda finala yüksəlib
Olimpiadada qızıl medal qazanmış cüdoçular vətənə qayıdıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər