Qubada cüdo məşqçiliyi üzrə təhsil alan tələbələr üçün xüsusi proqramın nəzəri dərsləri başlayıb
sizinxeber.az xəbər saytı

Qubada cüdo məşqçiliyi üzrə təhsil alan tələbələr üçün xüsusi proqramın nəzəri dərsləri başlayıb


Azərbaycan Cüdo Federasiyası (ACF), Azərbaycan İdman Akademiyası və Böyük Britaniyanın Hertfordşir Universiteti arasında imzalanmış üçtərəfli anlaşma memorandumuna əsasən Qubada cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan tələbələr üçün xüsusi proqramın nəzəri dərsləri başlayıb.

"Report" xəbər verir ki, yerli mütəxəssislərindən Orxan Səfərov “Cüdo üzrə təlimatçının rolu və məsuliyyətləri”, britaniyalı ekspert Bob Çallis isə “Cüdoda sağlamlıq və təhlükəsizlik” mövzusunda seminarlar keçiblər.

Proqram çərçivəsində Hertfordşir Universitetinin professoru Mayk Kallenin rəhbərliyi ilə praktiki cüdo dərsləri də keçirilir.

Təşəbbüsün əsas məqsədi məşqçilik ixtisası üzrə təhsil alan tələbələrin beynəlxalq standartlara uyğun bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.

Qeyd edək ki, proqramda 60-dan artıq tələbə iştirak edir.

Oxşar xəbərlər

Cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan tələbələr üçün Qubada xüsusi proqram start götürüb
Azərbaycanda cüdo məşqçiliyinin inkişafı ilə bağlı Anlaşma Memorandumu imzalanıb
Cüdo məşqçiliyi üzrə təhsil alan tələbələr üçün tədrislər davam edir
Beynəlxalq Cüdo Federasiyası Akademiyasının eksperti Bakıda qonaq olub
ACF regionlarda cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramının icrasına başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər