Haqqımızda Reklam
ru
14 
in
2025
15:30

Milli Paralimpiya Komitəsinin rəhbərliyi Naxçıvanda rəsmi səfərdə olub

14 in, 2025
15:30
780

Milli Paralimpiya Komitəsinin rəhbərliyi Naxçıvanda rəsmi səfərdə olub

Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş keçirib.

MPK-dən "Sizinxeber.az"a verilən məlumata görə, görüşdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə, MPK-nın baş katibi Toğrul Rəhimov və Komitənin digər rəsmiləri iştirak ediblər.

Görüş zamanı Naxçıvanda Paralimpiya hərəkatının inkişaf etdirilməsi, fiziki imkanları məhdud şəxslərin idmana cəlb olunması və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Naxçıvanda Paralimpiya hərəkatını daha da genişləndirmək üçün səmərəli əməkdaşlıq imkanlarının olması və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə atılacaq addımların bu sahənin inkişafına ciddi töhfə verəcəyi qeyd edilib.

Bizimlə əlaqə saxlayın