Hemilton "Formula-1" üzrə Britaniya Qran-prisinin sprint yarışının qalibi olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
iy
2026
00:00
ff

Hemilton "Formula-1" üzrə Britaniya Qran-prisinin sprint yarışının qalibi olub

04 iy, 2026
00:00
114

Hemilton "Formula-1" üzrə Britaniya Qran-prisinin sprint yarışının qalibi olub

"Ferrari"nin pilotu Lüis Hemilton 2026-cı ilin "Formula-1" üzrə dünya çempionatının doqquzuncu raundu olan Britaniya Qran-prisinin sprint yarışının qalibi olub.

"Report"un məlumatına görə, seçmə mərhələ "Silverstoun" trasında baş tutub.

Yarışda ikinci yeri "Mercedes"in pilotu Kimi Antonelli, üçüncü yeri isə "Red Bull"un pilotu Maks Ferstappen tutub.

Britaniya Qran-prisinin sprint yarışı 4 iyulda keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Seçmə mərhələ də həmin gün saat 19:00-da keçiriləcək və əsas yarışın start cədvəli müəyyənləşəcək.

Çempionatın doqquzuncu raundu 5 iyulda başa çatacaq. Britaniya Qran-prisinin əsas yarışı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

×
×