Sizinxeber.az – Azərbaycan Xəbərləri

Nurməhəmmədovun kəmərinə iddialı döyüşçü növbəti qarşılaşmanı anons etdi

Nurməhəmmədovun kəmərinə iddialı döyüşçü növbəti qarşılaşmanı anons etdi
11 dəfə Baxılıb
29 Sentyabr 2019 - 19:19

Nurməhəmmədovun kəmərinə iddialı döyüşçü növbəti qarşılaşmanı anons etdi
MMA döyüşçüsü Toni Ferqüsson “Instagram” hesabında növbəti qarşılaşmanın anonsunu verib.

Ferqüsson yazıb ki, oktaqona qayıdır. O, paylaşımının sonuna “işə əqayıdıram” həştəqini əlavə edib. Ferqüsson sözünü belə bitirib:

“Döyüş barədə xəbərləri gözləyin”.

Ferqüsson da yüngül şəkidə UFC üzrə çempion adına namizəddir. O, dəfələrlə bildirib ki, dekabrda H.Nurməmmədovla qarşılaşmağa ümid edir.

Amerikalı döyüşçü UFC-də ard-arda 12 qələbə qazanıb. Sonuncu döyüşü Donald Serroneyə qarşı olub, ikini raundda oyun həkimin işarəsi ilə dayandırılıb, belə ki, Serrone artıq aldığı zədələr səbəbindən davam eləmək iqtidarında deyilmiş.

Nurməhəmmədov isə işirak etdiyi 28 döüyüşündə hər birində qələbə çalıb. Sentyabrın 7-də o, amerikalı Dastin Puaryeni məğlub etməklə, UFC çempionu titulunu ikinci dəfə özündə saxlamağı bacarıb.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]