Sizinxeber.az – Azərbaycan Xəbərləri

“Qarabağ” – “Neftçi” oyununa biletlər sabah satışa çıxarılacaq

“Qarabağ” – “Neftçi” oyununa biletlər sabah satışa çıxarılacaq
5 dəfə Baxılıb
14 Sentyabr 2019 - 17:29

Premyer Liqanın IV turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Neftçi” matçının biletləri sabahdan etibarən satışa çıxarılacaq. Qiyməti 1 manat təşkil edən biletləri sabah saat 17:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassasından əldə etmək olar. Hazırda stadionun kassalarında UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda Ağdam təmsilçisinin İspaniya “Sevilya”sı ilə görüşünün bilet satışı davam etdiyi üçün kassaların yalnız birində bu matçın biletləri satışa çıxarılacaq. Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək oyun saat 20:30-da başlayacaq.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]