Sizinxeber.az – Azərbaycan Xəbərləri

“Qarabağ”dan erkən qol – YENİLƏNİB

“Qarabağ”dan erkən qol – YENİLƏNİB
29 dəfə Baxılıb
29 Avqust 2019 - 20:38

“Qarabağ”dan erkən qol – YENİLƏNİB
UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında “Qarabağ” Şimali İrlandiya təmsilçisi “Linfild”lə qarşılaşır.

Oxu.Az xəbər verir ki, Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə azarkeşlər erkən qola şahidlik ediblər.

“Qarabağ” 6-cı dəqiqədə hesabı açıb.

Xayme Romero erkən qolla komandasını önə çıxarıb.

Avropa Liqası

Pley-off mərhələsinin cavab oyunu

29 avqust

20:00. “Qarabağ” – “Linfild” – 1:0

Qol: Xayme Romero, 6

Baş hakim: Sergey İvanov (Rusiya).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

 

20:05

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında “Qarabağ” Şimali İrlandiya təmsilçisi “Linfild”lə qarşılaşır.

Oxu.Az xəbər verir ki, Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə start fiti səslənib.

Saat 20:00-da başlamış qarşılaşmada hesab açılmayıb – 0:0.

Avropa Liqası

Pley-off mərhələsinin cavab oyunu

29 avqust

20:00. “Qarabağ” – “Linfild” – 0:0

Baş hakim: Sergey İvanov (Rusiya).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

 

18:47

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında “Qarabağ” Şimali İrlandiya təmsilçisi “Linfild”lə qarşılaşacaq.

Oxu.Az xəbər verir ki, Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş üçün artıq komandaların heyətləri bəllidir.

Saat 20:00-da start götürəcək qarşılaşmaya tərəflər aşağıdakı oyunçularla başlayacaqlar.

Avropa Liqası

Pley-off mərhələsinin cavab oyunu

29 avqust

20:00. “Qarabağ” – “Linfild”

Baş hakim: Sergey İvanov (Rusiya).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

“Qarabağ”: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero,  11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 99. Maqaye Qeye

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov

Baş məşqçi: Qurban Qurbanov

“Linfild”: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 6. Cimmi Kallaxer, 8. Bastyan Heri, 9. Coel Kuper, 14. Şeyn Leyveri, 16. Mettyu Klark, 20. Stefen Fallon, 22 Ceymi Malqryu (k), 31. Nayall Kuinn, 47. Kris Keysment

Ehtiyat oyunçular: 40. Aleks Mur, 7. Endryu Uoteruort, 10. Cordan Stüart, 12. Kirk Millar, 17. Daniel Kirns, 23. Rayan Makqivern, 27. Endryu Mitçell

Baş məşqçi: David Hili

 

09:27

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ” Bakıda Şimali İrlandiyanın “Linfild” klubunu qəbul edəcək.

Oxu.Az xəbər verir ki, səfərdə rəqibinə 2:3 hesabı ilə məğlub olan Ağdam təmsilçisi növbəti tarix yazmağa çalışacaq.

Minimal hesablı qələbə Ağdam təmsilçisini Avropa Liqasının qrup mərhələsinə çıxaracaq.

Saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu rusiyalı baş hakim Sergey İvanov idarə edəcək.

Qeyd edək ki, “Qarabağ” indiyədək dörd dəfə Avropa Liqasının, bir dəfə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparıb.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]