İspaniya La Liqası: "El-Klasiko" üç qolla bitdi
İspaniya La Liqasının 10-cu turu "Real Madrid" və "Barselona" klublarının qarşılaşması ilə əlamətdar olub.
Sizinxeber.Az xəbər verir ki, Santyaqo Bernabeuda baş tutan budəfəki "El-Klasiko"da üç qol qeydə alınıb. Maraqlıdır ki, onların hamısı ilk hissədə vurulub.
Hesabı meydan sahibləri açıblar. Mbappe 22-ci dəqiqədə qapını dəqiq nişan alıb. 38-ci dəqiqədə katalonlardan Lopes cavab qolunu vursa da, 5 dəqiqdə sonra Bellingem kral klubunu yenidən önə çıxararaq matçda yekun nəticəni müəyyənləşdirib - 2:1.
Beləliklə də, əzəli rəqibi üzərindən minimal fərqlə qələbə qazanan Madrid təmsilçisi yarış cədvəlində liderliyini möhkəmləndirib. Hazırda 27 xala malik "Real" ən yaxın izləyicisi olan "Barsa"nı 5 xal qabaqlayır.
Oxşar xəbərlər
"Real"ı məğlub edən "Barselona" La Liqada liderliyini möhkəmləndirib
“Real” “Leqanes”i darmadağın edib və “Barselona” ilə arasındakı fərqi azaldıb
İspaniya La Liqası: “Real” və “Atletiko Madrid” heç-heçə edib
İspaniya Superkuboku: “Barselona” “Real Madrid”i darmadağın edib
Bu gün İspaniya La Liqasında "El Klasiko" keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











