Sizinxeber.az » SÖZÜM VAR ! » Köhnə Bakı mədəniyyəti və indiki mədəniyyət

Köhnə Bakı mədəniyyəti və indiki mədəniyyət

Bir vaxtlar Bakı təkcə paytaxt deyildi – bir mədəniyyətin nəfəs aldığı şəhər, bir ruh idi. Köhnə Bakı deyəndə ilk ağla gələn o səssiz küçələr, daş divarlı həyətlər, qapının ağzındakı kətil, qonşuların hal-əhvalı, həyətə yayılan təndir çörəyi qoxusu və arxa planda səssiz səslə çalınan muğam idi. Hər küçənin, hər balkonun, hər həyətin bir insani mənası vardı. Amma indi nə var? Tüstü, səs, gərginlik və yadlaşmış insan simaları.

Köhnə Bakı mədəniyyəti dedikdə biz təkcə arxitektura və ya gecəqondu romantikasından danışmırıq. Biz bir dövrün etikası, hörməti, təmkinli davranış qaydaları və nəsillərarası hörmətinin necə yaşandığını xatırlayırıq. Böyüyə ayağa qalxmaq, qonağa yer vermək, qonşunun uşağını öz uşağın kimi qorumaq, hətta tanımadığın adamla salamlaşmaq bu şəhərin mədəniyyət kodu idi.

Məsələn, 2000-ci illərdə ailəmlə birlikdə rahatlıqla bulvara gedirdik. İnsanlar səliqəli, nəzakətli, ədəbli idi. Uşaq da özünü uşaq kimi aparırdı, böyüyə hörmət vardı. İndi isə eyni yerlərə öz ailəmlə getməyə çəkinirəm. Küçələrdə qeyri-etik geyim, yüksək səslə kobud danışan gənclər, ictimai yerdə necə davranacağını bilməyənlər doludur. Hər kəs özünü göstərmək yarışındadır, amma heç kim özünü idarə etmir. Bax, mədəniyyət burada itib.

Evlərin qapısı bağlansa da, ürəklər açıq idi. Əgər bir evdən plov qoxusu gəlirdisə, qonşuya da bir boşqab gedərdi. Toyda səs bir evdən qalxsa da, şənlik bütün məhəllənin olurdu. Bir həyətə yas düşsə, bütün bina, bütün küçə kədərlənərdi. Hər kəs bir-birinin həyatında var idi – nəzarət üçün yox, dayaq üçün. Mədəniyyət bu idi.

İndi isə fərqli Bakı var. Elə bil eyni coğrafiyada, fərqli planetin insanları yaşayır. Yeni binalar yüksəlib, amma içindəki insanlar bir-birinə nə salam verir, nə ad tanıyır, nə dərd bilir. Hamı qapısını bağlayıb, öz dünyasına çəkilib. Müasirliyin içində yalnızlıq çoxalıb. Mədəniyyət yaddan çıxıb, onun yerini sadəcə etiket və görüntü alıb.

Köhnə Bakı mədəniyyətində danışmaqdan çox dinləmək vardı, indi isə hər kəs danışır, heç kim dinləmir. Əvvəlcə səs aşağı idi, söz dərin idi. İndi səs yüksəkdir, amma söz yox dərəcəsindədir. Gülüşlər bir vaxtlar zarafatın, zarafatlar isə mədəni yumorun nəticəsi idi. İndi isə süni gülüşlər, bayağılıq, şitlik ekrana, sosial şəbəkələrə hakimdir.

O vaxtlar sənətə baxış da fərqli idi. Hər ailədə bir musiqiçi, bir kitabsevər, bir poeziya ruhlu insan tapılırdı. İnsanlar musiqiyə qulaq asırdı, onu hiss edirdi. İndi isə səs musiqinin yerini alıb. Kliplər məzmunu yox, görüntünü önə çəkir. Musiqi gözə deyil, qulağa və qəlbə toxunmalı idi. Amma indi qəlbə toxunan heç nə yoxdur – sanki hər şey sadəcə görünmək üçündür.

Ədəbsizlik mədəniyyət kimi təqdim olunur. Ənənəvi dəyərlər “köhnəlik”, “gerilik” sayılır. Müasirlik anlayışı çox vaxt sadəcə bahalı telefon, marka paltar, xarici sözlərlə danışmaq kimi yanlış təyin olunur. Amma mədəni olmaq bahalı geyim yox, doğru davranışdır. Bu fərq unudulub.

İndi Bakıdakı yeni binalarda böyüyən uşaq həyətdə yıxılmır, çünki həyətdə oynamır. O, rəqəmsal dünyada “like” axtarır, amma real həyatda dostluğu bilmir. Halbuki köhnə Bakı mədəniyyətində bir uşağın ağlaması ilə bütün həyət o uşağı tanıyırdı. O, hamının uşağı idi. Mədəniyyət bu cür paylaşmaq idi – təkcə çörəyi yox, məsuliyyəti də.

Yaddaşlarımıza kazıyan bir görüntü vardı: çoxmərtəbəli olmayan, amma çoxmənalı həyətlər. O həyətlərdə teatr vardı, dialoq vardı, həyat vardı. İndi isə göydələnlər var – içində səssizlik, soyuqluq, qonşu tanımayan uşaqlar və bir-birindən qorxan insanlar. Fiziki məsafə azalıb, amma mənəvi məsafə çoxalıb.

Mədəniyyət təkcə tarix deyil – o, nəfəsdir, haldır, gündəlik davranışdır. Köhnə Bakıda bu davranışın adı vardı – “adamlıq”. İnsanlar “kimin nə qədər pulu var?” deməzdi, “kimin necə sözü, duruşu, hörməti var?” deyə baxardı. İndi isə insan qiymətini geyimi, telefonu, paylaşdığı şəkil müəyyən edir. Bu, sosial göstəri mədəniyyətidir – içi boş, amma səsli.

Amma bütün bunlara baxmayaraq, köhnə Bakı hələ də nəfəs alır. İçərişəhərin dar küçələrində, bir yaşlı qadının səliqəli həyətində, kimsə ilə təsadüfən salamlaşan bir uşaqda, balkonda muğam dinləyən bir yaşlıda – o ruh yaşayır. Az da olsa, hələ tam yox olmamışıq. Hələ “elə insanlar qalıb ki, Bakı onlarınla Bakıdır”.

Əgər biz bu şəhəri doğrudan da seviriksə, sadəcə daşını yox, ruhunu da qorumalıyıq. Mədəniyyət keçmişdə deyil, münasibətdə, danışıqda, davranışda yaşayır. Bu ruhu yaşatmaq üçün bir salam vermək, bir kömək əli uzatmaq kifayətdir.

Köhnə Bakı yox olur deyirlər. Bəlkə də, o getmir – biz ondan uzaqlaşırıq.

(İzzət Qurbanov – “Sözüm var” layihəsi üçün)


ДРУГИЕ НОВОСТИ

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  2. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  3. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  4. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  5. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  6. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  7. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  8. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  9. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
  10. Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Галерея
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq" width="290" alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib width="290" alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir width="290" alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib width="290" alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik" width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib